Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb.
Movqe.az-a FHN-dən verilən xəbər görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.
Lisey binası yanğından mühafizə edilib.
Yanğın söndürülüb.