Tetçerdən sonra Klinton roluna çəkiləcək

30 Yanvar 2013 17:28 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərə keçmiş baş naziri Marqaret Tetçeri canlandırdığı "Dəmir Lady" filmi ilə ötən il ən yaxşı qadın aktrisa Oskar mükafatını alan Meryl Strip bu dəfə Hilari Klinton roluna hazırlaşır. ABŞ-ın tanınmış televiziya kanalı CBS-in mövzu ilə əlaqədar "keçmiş First Lady keçmiş Xarici işlər Naziri Hilari Klintonu kim ağ pərdədə canlandırsın?" anketinə tamaşaçıların böyük bir hissəsi Meryl Strip cavabını verib. İkinci yeri isə az fərqlə Qlen Kloz alıb.