NATO-nun növbəti sammiti mayda olacaq

6 Fevral 2017 15:29 (UTC+04:00)

NATO-nun növbəti sammitinin bu ilin may ayının sonunda keçirilməsi nəzərdə tutulub. Movqe.az xəbər verir ki, Brüsseldə baş tutacaq sammitdə terrorçuluğa qarşı mübarizə, NATO alyans üzvləri arasında xərclərin ədalətli bölüşdürülməsi, Ukrayna və Rusiya ilə bağlı siyasət, alyansın baş katibi ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışıqlarının yekunları ilə bağlı məsələlər müzakirə olunacaq.