Səudi Ərəbistandan yeni qərar

30 Yanvar 2013 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Səudi Ərəbistan hökuməti, həm qadın həm kişi işçilərin işlədiyi mağazalarda heyəti bir-birindən ayırmaq üçün divar inşa etməyə başlayıb. "Arabiya"nın xəbərinə görə, mağazalarda işçilər ən az 1.6 metr olacaq bir divarla bir-birindən ayrılacaq. Əmək naziri Adil Fakih bu məqsədlə ölkə daxilində mağazalara bir ay müddət verdiyini açıqlayıb. Səudi Ərəbistanda qadınlar daha çox alt paltar və kosmetika kimi tamamilə qadınlara aid mağazalarda və ya fabriklərdə işləyirlər. Ərəsbistan hökuməti 2011-ci ildə aldığı bir qərarla alt paltar və kosmetika istehsal edən və ya satan mərkəzlərdə kişi işçi işləməsini qadağan edib. Ölkədə bu il alınan başqa bir qərarla şəriət qanunları ilə bağlı  Məsləhət Şurasına qadın üzvlərin qəbul edilməsinə icazə verilib. Ancaq qadınlar şura yığıncaqlarına kişilərdən fərqli bir qapıdan girə bilir.