iPhone istifadəçiləri "Google"ı məhkəməyə verib

30 Yanvar 2013 17:48 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədə 12 iPhone istifadəçisi "Google"a məhkəmə işi açıb. İddiaya görə Google tərəfindən Apple kompüterlərə telefonlara istifadəçilərin məlumatı xaricində "cookie" kiçik gizli fayllar yüklənir. Bu "cookie" isə reklamçılar, şirkət sahibləri digər internet saytları tərəfindən istifadə edilir. Yəni reklamçılar hədəf müştəriləri bu "cookie" nəticəsində təyin edir və əldə etdikləri məlumatlar sayəsində hədəfə xüsusi reklamlar göndərərək yayımlayırlar. "Google"nin vəkillərindən Dan Tenç Google müştərilərinə qarşı bir məsuliyyəti olduğunu bildirib.