Meymunlar kəndə hücum edib

30 Yanvar 2013 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İndoneziyanın şərqində yabanı meymunların kəndlilərə hücum etməsi nəticəsində 7 adam yaralanıb. Ölkənin Cənub Sulavesi əyalətinin Sidendenq Rappanq bölgəsinin spikerinin verdiyi məlumata görə, 10 yabanı meymun Toddanq Pulu kəndindəki sakinlərə hücum ediblər. Hücumda 7 nəfər yaralanıb. 16 yaşlı bir uşağının vəziyyəti isə təhlükə altındadır. Meymunların kəndə yaxın bir meşəlik bölgədən gəldiyi güman edilir. Ümumiyyətlə, insanlardan qorxan bu meymunların kəndlilərə hücumunun səbəbini heç kim bilmir.