Narkotika qanuniləşəcək?

30 Yanvar 2013 22:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kolumbiya Ədliyyə naziri Ruz Stella Korrea narkotiklə əlaqədar yeni qanun layihəsinin, "ecstasy" kimi sintetik narkotiklərin fərdi istifadəsini qanuniləşdirəcəyini söyləyib. O, şərhini Kolumbiya hökumətinin son 10 ildə narkotik siyasətini qiymətləndirmək üçün qurulan görüşdən sonra bildirib. Ədalət naziri Konstitusiya Məhkəməsinin hazırda kiçik miqdarlarda marixuana kokain daşımanın cinayət olaraq qəbul edilməsinə qarşı çıxdığını da xatırladıb. Növbəti bir neçə ay ərzində Konqresə təqdim edilməsi gözlənilən layihə Kolumbiyada kokain marixuana qadağan edən mövcud qanunları əvəz edəcək.