“Binə” Ticarət Mərkəzi yandı

31 Yanvar 2013 10:52 (UTC+04:00)

Bu gün saat 07:00 radələrindən Bakının ən böyük ticarət mərkəzlərindən birində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın "Binə" Ticarət Mərkəzində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, "Binə" Ticarət Mərkəzində yanğın 6-cı sıra, I korpusdakı mağazalardan başlayıb. 20 kv.m ərazi yanıb.

Lakin hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə yerində mütəxəssislər işləyir. Uzun cəhdlərdən sonra artıq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur, İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.