Sulu qar və qar yağacaq
31 Yanvar 2013 12:45 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin tutqun,
arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı
gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən
verilən məlumata görə, havanın temperaturunun gecə 0-2,
gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın
rayonlarında fevralın 1-də havanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,
gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə
15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti
olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, fevralın
1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur
şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü
meteohəssas insanlar üçün əsasən əlverişlidir.