Keşişin mədəsindən 800 qram narkotik çıxıb

31 Yanvar 2013 14:32 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada filmlərə mövzu olacaq maraqlı bir qaçaqçılıq hadisəsi baş verib. Moskvanın beynəlxalq Şeremetyovo Hava limanında Fabio Riçhard Rodriqez adlı Kolombiyalı bir keşişin mədəsindən 800 qram kokain çıxması hər kəsi çaşdırıb. Rus mətbuatında verilən xəbərlərə görə, Moskvaya missionerlik məqsədi ilə gəldiyini iddia edən keşiş, hava limanında qəflətən xəstələnib. Hava limanı vəzifəliləri onun vəziyyətindən şübhələnərək dərhal fəaliyyətə keçib. Mövzuyla əlaqədar mətbuata müsahibə verən Rusiya Federal Narkotik ilə Mübarizə Xidməti (FSKN) səlahiyyətliləri, "Keşiş qiyafəsindəki əcnəbi, nəzarətə alınaraq Moskvadakı bir xəstəxanaya qaldırılıb. Edilən axtarışlarda xarici vətəndaşın mədə bağırsağından 18 paket kokain tapılı.b" məlumatını verib. Polisə ifadə verən Rodriqez, "Bunu etməyə məni mafiya məcbur etdi. Başqa şansım qalmamışdı." iddiasını irəli sürüb. Keşişə 15 ilə qədər həbs cəzası veriləbilər.