Fatimə həmkarlarını başına yığıb Rusiyaya üz tutdu

31 Yanvar 2013 14:18 (UTC+04:00)
Ötən həftə yeni xınayaxdı klipini təqdim edən rəqqasə Fatimə Fataliyeva Moskvaya yola düşüb. ANS PRESS-in məlumatına görə, o, hələ bir neçə gün qonşu ölkədə olacaq. Rəqqasənin Rusiyanın paytaxtına səfəri həm yaradıcılıq, həm də istirahət xarakteri daşıyır. 

Rəqqasə Moskvaya tək səfər etməyib. Belə ki, onunla birlikdə əməkdar artist Firuzə İbadova, müğənni Ramal İsrafilov, Valeh İsrafilov, aşıq Samirə də olub. Sənətçilərin orada yaşayan azərbaycanlıların toyunda iştirakı istisna olunmur.