Şahruh Xan iddialara cavab verib

31 Yanvar 2013 16:36 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Bütün dünyada məşhur olan Bollywood film ulduzu Şahruh Xan Hindistandakı təhlükəsizliyi mövzusunda günlərdir davam edən fərziyyələrə şəxsən cavab verib. Mumbaidə etdiyi mətbuat şərhində danışan Xan, müsəlman bir Hindistan vətəndaşı olmaqdan hər zaman qürur duyduğunu dünyəvi bir demokratiya olan Hindistanda heç bir zaman təhlükəsizliyi haqqında narahat olmadığını bildirib. Pakistan Daxili İşlər naziri Rehman Malikin İslamabadda Hindistan səfirliyi rəsmi qəbulda Müsəlman olan aktyor üçün Hind hökumətinin xüsusi təhlükəsizlik tədbirləri alması lazım olduğunu söyləmişdi. Bu sözlərin mətbuatda yer almasından sonra bəzi Hindli milliyyətçisi qrup liderləri aktyoru əgər Hindistanda özünü etibarda hiss etmirsə Pakistana getməyə dəvət etmişdi.