117 illik kilsə satışa çıxarılıb

31 Yanvar 2013 17:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-ın Vaşinqton əyalətinin Settl şəhərində bir kilsə satışa çıxarılıb. 1896-ci ildə qurulan tarixi kilsənin daha ucuz və rahat bir yerə daşınması üçün belə bir qərar alındığı bildirilib. İstehsalından sonra 50 ilə qədər ətrafın ən böyük tikintisi olan kilsə, bu gün ətrafındakı 25-dən çox yüksək mərtəbəli binanın arasında qalıb. Bir çoxu iş mərkəzi olan bu strukturlar bölgədə qiymətlərin artmasına da səbəb olub. Bölgənin ən qiymətli strukturlarından biri halına gələn kilsənin satış əməliyyatı üçün bir də komitə qurulub. Komitə sədri Cim Younq tarixi kilsənin 20 ilə 25 milyon dollara sata biləcəklərini düşündüklərini söyləyib. Younq əldə ediləcək pulla daha ucuz bir yerdə daha müasir bir kilsə tikməyi planladıqlarını da qeyd edib. Kilsə rəhbərliyi yeni kilsəni eyni bölgədə tikməyi planlaşdrdıqlarını və satış olsa belə yeni kilsə tikilmədən bu kilsəyə toxunulmayacağını vurğulayıb. Dünyanın dini baxımdan inkişaf etmiş ölkələrindən biri kimi qəbul edilən ABŞ-da bir çox kilsə maddi çətinliklə mübarizə aparır. 2010 və 2011-ci illərdə 400-dən çox kilsə kredit borclarını ödəyə bilmədiklərinə görə banklar tərəfindən satışa çıxarılıb.