Səidə: "Natavan hərdən ilan olur"

13 Fevral 2017 19:37 (UTC+04:00)

Müğənni Səidə Sultan şou-biznes nümayəndələrinin xasiyyətindən danışıb. Movqe.az-ın məlumatına görə, sənətçi "Lider maqazin"də sənət adamlarına müxtəlif adlar qoyub:

"Şou-biznesdə hər sifətdə insan var: ilan, tülkü, şir. Natavan arada bir ilan olur ki... Adamı elə sancır ki, yeddi qatından keçir. Bir dənə fısıldasa, nə qədər "salam" versən də almayacaq. Elnur Məmmədov "Vinni Pux"dur. Onda o qədər şirinlik var ki, ona bənzəyir.

Nadir Qafgarzadə isə dostumdur, əjdahadır. Aygün Kazımova isə fəsillərə bənzəyir. Şou-biznesimizdə bayquşlar çoxdur".