Çin xakkerləri hər kəsi bezdirdi

31 Yanvar 2013 19:53 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çinli internet piratlarının son 4 aydan bəri Nyu York Times (NYT) qəzetinin kompüter şəbəkələrinə daxil olduğu bildirilib. NYT-dən edilən şərhdə, qəzetin 53 işçisinin şifrələrini oğurlayan Çinli quldurların, son 4 aydan bəri davamlı olaraq kompüter şəbəkələrinə sızdığı, lakin hücumlarda qəzet müştərilərinə bağlı qeydlərin zərər görmədiyi ifadə edilib. Şərhdə, internet piratlarının qəzetin kompüter şəbəkələrindəki, Çinli bir liderin ailəsinin əldə etdiyi böyük sərvətlə bağlı faylları izlədiyi qeyd edilib. Qəzetin təhlükəsizlik mütəxəssislərinin, internet piratlarının izini Çinə hətta bəzi hallarda Çin ordusuna aid kompüterlərə qədər sürdüyü qeyd edilən şərhdə, Çinli internet piratlarının, istifadə etdikləri pis niyyətli proqramları, ABŞ universitetlərinə aid kompüterlərə yüklədiyi bu kompüterlər vasitəsilə hücumları etdiyi bildirilib.