Elm dünyasını təəccübləndirən gənc
31 Yanvar 2013 18:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hələ 15 yaşında
olmasına baxmayaraq kəşf etdiyi test ilə elm dünyasını
təəccübləndirib. Cek Andraka adındakı gənc Amerikanın Merilend
əyalətində yaşayır. Dünya liseylər arası elmi araşdırma yarışmasına
qatılan 15 yaşındakı Cek, yarışmada birinci olub. Apardığı elmi
araşdırmasında "pankreas" xərçəngi üçün yeni bir test kəşd edib.
Hiyləgər bir xərçəng növü olan "pankreas" əsasən son mərhələdə
diaqnoz edilə bilir. Cekin tapdığı üsul ilə 28 qat daha ucuz,
sürətli və 100 qat daha həssas bir test əldə edilib. Müsabiqədə
iştirak edən 70 ölkədən 500 şagird arasından birinci olmağı bacaran
gəncin sevincinin həddi-hüdudu yox idi. Birinci olması ilə bərabər
75 min dollar qazanıb. Böyük qardaşının da məktəbi yaxşı olması və
xüsusilə elm sahəsində bir çox mükafatları olması diqqətləri çəkib.
Təxminən 200 elm mütəxəsisi ilə görüşən gənc yalnız 3 adam
tərəfindən ciddiyə alınıb. Tibb Fakültəsindən, patologiya və
onkoloji mütəxəssisi Con Hopkins və "pankreas" xərçəngi mövzusunda
ən əhəmiyyətli araşdırmaçılardan biri olan Anirban Maitra Ceki
qəbul edən adlar olublar. Kəşf edilən yeni test "pankreas"
xaricindən başqa xərçəng testlərində də istifadə edilə biləcək.