Çində ağır yol qəzası baş verib

24 Aprel 2012 15:37 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Çinin şimalında yerləşən Hinan əyalətinin Vuyanq qəsəbəsində yük maşını ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 3 nəfər qəza zamanı, 10 nəfər xəstəxanaya qaldırıldıqdan sonra dünyasını dəyişib, 12 nəfər isə yaralanıb. Rəsmilər yaralıların müalicə olunduğunu deyib.

Əfqanə Məzahirqızı