Ağsu aşırımında hərəkət bərpa olundu

17 Fevral 2017 16:01 (UTC+04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib. Bu barədə Movqe.az-a açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin “16 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.

 
Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi
Hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.