Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi almaq istəyir

20 Fevral 2017 17:50 (UTC+04:00)

Rusiya və Türkiyə yeni S-400 "Triumf" zenit-raket kompleksinin alqı-satqısı üzrə danışıqlar aparırlar.

Movqe.az RİA Novosti-yə istinadən bildirir ki, bunu "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov deyib.

O bildirib ki, hazırda maliyyələşdirmə məsələləri üzərində iş gedir.

Amma razılaşmanın mümkün parametrləri açıqlanmır.