Eva Lonqoria biabır oldu

4 Fevral 2013 11:17 (UTC+04:00)

"Çarəsiz evdarlar" adlı serialla məşhurlaşan amerikalı aktrisa Eva Lonqoria qatıldığı bir televiziya proqramında pərt olub. Axşam.az saytının məlumatına görə, canlı yayımlanan verilişdə yemək kitabı təqdim edən aktrisa qəribə hadisə ilə üzləşib. Qəfildən pencəyinin düyməsi açılan Eva təəccüb içində qalıb və nə edəcəyini bilməyib.