Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Movqe.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində olan bağ evlərindən birində yaşayan 1974-cü il təvəllüdlü Natiq Dadaşov özünü asaraq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.