2 otaqlı ev yandı

2 Mart 2017 11:35 (UTC+04:00)

Masallı rayonunun Çaxırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m2 sahədə yanıb. 

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 04:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.