Məktəblərdə hərbiləşdirilmiş siniflər yaradılacaq
4 Fevral 2013 13:15 (UTC+04:00)
Azərbaycandakı orta məktəblərdə gənclərin hərbi hazırlığını təmin
etmək məqsədilə xüsusi siniflər yaradılması planlaşdırılır. Bu
barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən
məlumat verilib.
Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək proqram çərçivəsində
500-dən artıq şagirdin təhsil aldığı orta məktəblərdə xüsusi
hərbiləşdirilmiş sinif otaqları yaradılacaq. Hərbiləşmiş siniflər
xüsusi dərsliklər, zəruri avadanlıqlar (əleyhqaz, təlim qumbarası,
təlim silahları) ilə tam təchiz olunacaq. Bu kabinetlərdə atıcı
silahlardan atışların keçirilməsi üçün trenajorlar qurulacaq.
Hazırda üzərində işlənilən proqramın reallaşdırılmasına Müdafiə
Sənayesi Nazirliyi də cəlb olunacaq.