Binəqədidə “Mercedes” yanıb

3 Mart 2017 13:39 (UTC+04:00)

Bakı şəhəri, Binəqədi rayonunda sahibi məlum olmayan “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.