Cəbhədə düşmənə getdikcə daha ağır zərbələr vurulur, düşmənin itkisi artır. Son bir neçə gündə erməni işğalçıları 100-ə yaxın itki veriblər. Bundan başqa, onların bir sıra hərbi texnikası da sıradan çıxarılıb. Bir sözlə, Azərbaycan artıq hərbi və diplomatik cəbhədə düşmənə sarsıdıcı zərbələr vurmaqdadır. Artıq Serj Sarkisyan rejimi bu zərbələrdən panikaya düşüb. Proseslərin bu səpkidə getməsi fonunda tezliklə işğal altındakı erməni silahlı qüvvələrinin tam halda darmadağın olmasına gətirib çıxara bilərmi?
Hərbçi ekspert Üzeyir Cəfərov qeyd etdi ki, işğalçı ordu daxilində ölüm hallarının çox olması fonunda Ermənistan daxilində Sarkisyanı öz cinayətkar dəstəsini geri çəkməyə məcbur edəcəklər: “Hesab edirəm ki, ermənilərə vurulan ağır zərbələrin davamı gəlməlidir və gələcək. Çünki Ermənistan ötən ilin aprelindən sonra lazım olan nəticəni çıxartmadı.
Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumlar Ermənistanla lazım olan işi aparacaq və nəhayət, İrəvan işğal altında saxladığı torpaqlarımızı boşaltmalı olduğunu anlayacaq. Geri çəkilməyəcəyi təqdirdə, son günlər verdiyi itkilərdən də daha ağır itkilərə məruz qalacaqlar. Heç kimə də güzəşt olunmayacaq. Fikrimcə, ermənilər arasında ölüm və itkilərin sayı çox olarsa, Ermənistan daxilində Sarkisyanı məcbur edəcəklər ki, özünün cinayətkar dəstəsini geri çəksin.
Son günlər ermənilərin xarici işlər naziri Edvard Nalbadyanın Qarabağa səfər edərək bəzi sarsaq fikirlər səsləndirməsi də rejimin narahatçılığından irəli gəlir. Düşmənə vurulan bu ağır zərbələr fonunda onlar arasında panik əhval-ruhiyyənin artması, mənəvi-psixoloji düşkünlüyə səbəb olacaq halların baş verməsi qaçılmazdır. Informasiya müharibəsində də aktivlik nümayiş etdirməklə düşmənə bəlkə də silahdan da daha ağır zərbə vura bilərik. Düşmənin indiki halda Qarabağdan geri çəkiləcəyini düşünmürəm. Amma hər halda onlar arasında panik əhval-ruhiyyə artacaq”.
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, cəbhədə düşmənə vurduğumuz hər bir zərbə Ermənistan cəmiyyətində, Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təşviş, inamsızlıq, ümidsizlik yaradır: “Bu fonda da Ermənistanda Sarkisyan rejiminə qarşı etiraz dalğası günü-gündən güclənir. Azərbaycan torpaqlarımızın hissə-hissə azad olunması uğrunda mübarizə aparacaq və buna da nail olacağıq.
Düşmənə aprel ayında olduğundan daha güclü və sarsıdıcı zərbə vuracağıq. Həmçinin bu fonda azad edəcəyimiz ərazilər keçən ilin aprelində azad olunan ərazilərdən daha geniş olacaq. Bu,bizim haqımızdır və onu da edəcəyik. Ermənilər vəziyyətin belə olmasını, itki vermək, hər gün erməni evlərinə meyit getməsini istəmirsə, könüllü olaraq Azərbaycan torpaqlarından çıxıbgetməlidirlər. Burada başqa variant və yol yoxdur. Azərbaycan Ordusunun gücü və xalqımızın iradəsi qarşısında ermənilər çoz zəif və acizdirlər. Bunu artıq tək ermənilər yox, onları himayə edənlər də bilir. Gözləyirəm ki, həmin himayəçilər onları başa salacaq. Bu gün Ermənistanda hardasa 1,2 milyon, Dağlıq Qarabağda isə 20-30 min erməni qalıb. Onlar da ya qırılacaq, ya da qaçıb xaricə gedəcəklər. Vəziyyətin belə kritik olmasından yaxa qurtarmaq üçün erməni xalqı nəticə çıxarmalı, özlərinə bir qədər ağıllı rəhbər seçməlidirlər. Əks təqdirdə, hər şey ola bilər. Ermənistan dövlətinin mövcudluğuna son da qoyula bilər”.
Rüfət NADİROĞLU