Bakıda hamilə qadına ağır fiziki xəsarət yetirilib. Həmin qadın hüquqi xidmət üçün "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına müraciət edib. Bu barədə sığınacaqdan Movqe.az-a məlumat verib. Xəbərə görə, Binəqədi rayon sakini, Ramanada yaşayan 34 yaşlı Sevinc Musayeva qonşusu tərəfindən döyülüb. S. Musayeva Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, uşaqlar arasında dava düşüb: "Mənim oğlumun 4 yaşı var. Qonşunun 10 yaşlı uşağı ilə dalaşıblar. Qonşu qadın buna görə, mənim uşağımın üstünə qışqıranda mən vəziyyəti izzah etmək istədim. Bu zaman məni söyərək təhqir etdi. Daha sonra mənə ağır fiziki xəsarətlər yetirməyə başladı. Qarnıma çıxaraq təpikləməyə başladı. Saçlarımı yoldu, sol gözümün altını qaraltdı. Özüm də 3-cü qrup əliləm. Vəziyyətim pisləşdiyi üçün üstümə təcili yardım çağırdılar. Bətnimdəki köprəmə hansısa zədə dəyib-dəymədiyi dopler müayinəsindən sonra müəyyən olunacaq. Artıq polisə müraciət olunub. Hazırda sığınacaqda psixoloji və hüquqi yardım alıram".