Azərbaycanın Baş Prokurotorluğu bu həftə Avropa Parlamentinin üç üzvü – Eleni Teoxarus (Kipr), Frank Engel (Luksemburq) və Yaromir Ştetina (Çexiya) ilə bağlı Dağlıq Qarabağa səfər etdikləri və öz-özünə müstəqilliyini elan edən qondarma rejimi dəstəkləyən hərəkətlərə yol verdiyinə görə beynəlxalq həbs qərarı çıxarıb.
Fevralın 20-də yuxarıda adı çəkilən Avropa Parlamenti üzvləri Dağlıq Qarabağda təşkil edilmiş prosesi “müşahidə” etmişlər.
Bəyan edirəm ki, Avropa Parlamenti tərəfindən Dağlıq Qarabağda heç bir rəsmi seçki müşahidə missiyası təşkil olunmamışdır. Bunun əksini iddia edən istənilən ifadə və ya addım ləyaqətdən uzaq və heç bir əsası olmayan hərəkətdir.
Istənilən əraziyə səfər etmək və doğru hesab etdikləri şəxsi fikirlərini irəli sürməkdə sərbəst olmasına baxmayaraq, Avropa Parlamenti üzvləri Dağlıq Qarabağda atəşkəs rejiminin kövrək olduğunu, münaqişənin məhz siyasi yollarla həllinin dəstəkləməsinə ehtiyac olduğunu nəzərə alaraq məsuliyyət nümayiş etdirməli və bu səfərlərin qeyri-rəsmi olduğunu və fərdi qaydada həyata keçirdiklərini aydın şəkildə ifadə etməlidirlər.
Beynəlxalq həbs qərarının çıxarılması arzuedilməzdir, səmərəsizdir və prosesə yardım etmir, həmçinin belə fərdi səfərlərə lazım olduğundan daha artıq əhəmiyyət verilməsinə səbəb olur.
Əslində isə Minsk Qrupu prosesinin və siyasi həll yolunun yenidən canlandırılmasına, regionda yaşayan insanların həyatının qorunması üçün təminat yaradılmasına və münaqişəyə cəlb olunmuş dövlətləri bu günkü
uzunmüddətli münaqişə vəziyyətindən sabit sülh və iqtisadi canlanma şəraitinə gətirməyə və insanlara layiq olduqları həyat şərtlərini qaytarmağa ehiyac var.
Biz öz siyasi fəaliyyətlərimizi Avropa Parlamentinin rəsmi qurumları vasitəsi ilə açıq və şəffaf şəkildə həyata keçirməliyik və məhz bu sadalananlar fəaliyyətimizin əsas istiqamətverici amilləri olmalıdır.
Biz bu üç Avropa Parlamenti üzvünün, bütün üzvlər üçün qəbul olunmuş Bəyannamə Tələbləri əsasında sözügedən səfərlərinin məqsədləri və əsasları barədə açıqlama vermələrini gözləyirik.