Prezident Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib

6 Mart 2017 11:37 (UTC+04:00)

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.
 
Movqe.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
 
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
 
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
 
Dövlət başçısı və birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.