Ağcabədi rayonu, Qaravəlli kəndində yanğın qeydə alınıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 3 otaq və eyvandan ibarət olan evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 105 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.