“Azərbaycanda İslam bankçılığının tətbiqi” mövzusunda seminar
3 Fevral 2013 22:09 (UTC+04:00)
3 fevral tarixində "İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil
etdiyi "Müasir İqtisad Məktəbi" layihəsi çərçivəsində "Azərbaycanda
İslam bankçılığının tətbiqi" mövzusunda seminar keçirilib.
Seminar zamanı İslam bankçılığının öyrəndiyi sahələr, İslam
bankçılığında önəmli olan məhsullar, Azərbaycanda İslam
bankçılığının vəziyyəti, üstünlükləri, Azərbaycan iqtisadiyyatına
önəmli olan təsirləri, Azərbaycan Beynəlxalq Bankının İslam
bankçılığı departamentinin gələcək məqsədləri, planları, Azərbaycan
İslam bankçılığının inkişaf etdirilməsi, xarici şirkətlərlə
münasibətlər və s haqda ətraflı məlumat verilib.
Qonaq Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı
departamentinin direktoru Bəhnam Qurbanzadə olub.