"Sihirli annem"in Burcusu etiraf etdi: "Hamiləyəm"

10 Mart 2017 11:37 (UTC+04:00)

Uşaqların sevimli filmi olan "Sihirli annem"in Burcusu sevilən aktrisası Damla Ersubaşı hamilədir.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə  Mustafa Can Keser ilə evlənən Damla  hamilə olduğunu etiraf edib. Damla qız övladını qucağına almağa hazırlaşır. 

Onu da qeyd edək ki, cütlük  uşaqlarına Zəhra adını qoyacaq.