"Kiralık aşk"da gizli sevgi skandalı - serial bu səbəbdən bitibmiş

10 Mart 2017 13:55 (UTC+04:00)

Bir müddət əvvəl erkən final edən "Kiralık aşk" serialının bitmə səbəbi ilə bağlı yeni iddialar yayılıb.

Movqe.az-ın n məlumatına görə, serialın baş rol aktyoru Barış Arduç və layihənin ssenari müəllifi Meriç Acemi arasında gizli sevgi başlayıbmış.

Ailəli və bir uşaq anası olan M.Acemi B.Arduça qarşı platonik sevgi yaşasa da, az sonra bunu reallığa çevirib. Qısa müddət eşq yaşadıqdan sonra ikili bir-birindən uzaqlaşıb. Serialın son seriyalarında isə Meriç aktyorla bərabər olmaq üçün inad etməyə, onu sıxışdırmağa başlayıb. Barış geri çəkilərək bunu edə bilməyəcəyini deyib. Vəziyyətdən təsirlənən qadın çəkilişlər zamanı tez-tez mübahisələr yaradıb. Bu səbəbdən də serialın vaxtından əvvəl bitirilməsinə qərar verilib.

Bu iddiadan sonra B.Arduçun aktrisa sevgilisi Gupse Özayın nə deyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Meriç Acemi ssenari müəllifi və aktrisa kimi fəaliyyət göstərib.

axşam.az