Ədalət Hüseynov "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

10 Mart 2017 16:27 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.