Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı - Kök olduqları üçün

11 Mart 2017 10:45 (UTC+04:00)

Hindistanın "Air India" dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb. Movqe.az-ın məlumatına görə, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.

Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.

C.Sinha deyib: "Air India" belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar".