Onu ikinci dəfə öldürdülər

24 Aprel 2012 18:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ərzurum Qarasu anbarında bir enerji qəzasını aradan qaldırarkən mindiyi gəminin elektrik keçirməsi nəticəsi həyatını itirən Ferudan Öztürkün evinə gedən elektrik enerjisi 34 lirə dəyərində olan (17 AZN) borca görə kəsilib.

Həyat yoldaşının ölümündən sonra üç uşağına həm də atalıq etməyə başlayan Perihan Öztürk, elektriklərinin kəsilməsinə sərt reaksiya verib.


"MƏNİ İKİNCİ DƏFƏ ÖLDÜRDÜLƏR"

Öztürk, "TEDAŞ, həyatımızı qəraltdı. Həyat yoldaşımın ölümünə səbəb olduqları azmış kimi bir də bizi qaranlıqda buraxdılar. Məni ikinci dəfə öldürdülər" deyib.

Aşkale mahalında enerji nəql xəttindəki qəzanı təmir etməyə gedən 5 TEDAŞ işçisinin mindiyi gəmi Qarasu anbarına məxsus kiçik göldə onların ölümünə səbəb olub. Qəzada 5 işçidən heç biri xilas edilə bilməyib.


Tural QABİLOĞLU