Əfv sərəncamı nə vaxt veriləcək? - Rəsmi açıqlama

13 Mart 2017 18:00 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin həftə sonuna kimi əfv sərəncamı imzalayacağı gözlənilir.

Bu barədə AzVision.az-a Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. 

Ə.Nuriyev xatırladıb ki, artıq Komissiyasının iclasları başa çatıb: “İclaslarda 900-dən artıq müraciət araşdırılıb və onların 450-nə müsbət rəy verilib. Sonrakı mərhələdə rəylər hazırlanaraq Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq. Bundan sonra ölkə başçısının əfv sərəncamı olacaq. Sərəncamın həftə sonuna qədər imzlanacağını gözləyirik”.