Sumqayıtda "Klub-555" kazino kimi fəaliyyət göstərirmiş

5 Fevral 2013 15:14 (UTC+04:00)
Sumqayıtda kazino aşkar edilib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisindəki "Klub-555"-də, oranın icarədarı şəhər sakini Rövşən Beybudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Klubdan 13 ədəd kompyuter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülüb.