Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun " Ulduz" stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.
İntihara cəhdin səbəbləri hələlik məlum deyil.