Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,24 dollar və yaxud 2,40% artıb.
Movqe.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,82 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.