Artıq sizin yerinizə "Google" düşünəcək

5 Fevral 2013 18:20 (UTC+04:00)

Movqe.Az bildirir ki, Bu günə qədər anlıq inkişafları və keçmişlə bağlı hadisələri axtardığımız "Google", işi bir addım daha irəli apararaq insanlar üçün düşünəcək bir layihə üzərində işə başlayıb. İnsanların yaddaşlarının zəif olması, şirkəti bu istiqamətdə layihə yaratçağa vadar edib. "Google", meydana gətirəcəyi şəbəkələr köməyi ilə internet üzərindən paylaşılan hər şeyi arxivə atacaq, sanki bütün insanlara aid bir gündəlik meydana gətirəcək. Əgər həyatımızdakı unutduğumuz əhəmiyyətli anları yenidən xatırlamaq istəsək, bu tətbiqlər sayəsində daha əvvəl meydana gələn bütün axtarılanlara nəzər salıb ən incə detalına qədər öyrənə biləcəyik. Əvvəl, "Microsoft" adına çalışan tədqiqatçı Abigeil Sellen, insan yaddaşı üzərinə etdiyi araşdırmalarda çox əhəmiyyətli nəticələr əldə etmişdi. Bu araşdırmaya görə, artıq insanların problemi keçmişdə qalan şeyləri unutmaq deyil. İnsanların əsl şikayəti, gələcəyə dönük yaddaşlarının çox zəif olmasıdır.