Futbol üzrə Almaniya milli komandasının martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşü, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv yeni futbolçulara da dəvət göndərib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.