ANAMA Horadizdə mina və partlamamış hərbi sursat axtarışı aparıb

19 Mart 2017 16:00 (UTC+04:00)

Füzuli rayonu, Horadiz şəhərində 300 kv.m. ərazidə yoxlama tədbirləri həyata keçirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Movqe.az-a verilən məlumata görə, həmin ərazidə ümumilikdə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 992 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 1 247 709 kv.m ərazi (466 170 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.