Şəmkir rayonunda yanğın qeydə alınıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m² olan ikimərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 03:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.