Ancelina Coli və Bred Pit barışdı

23 Mart 2017 10:30 (UTC+04:00)

Aktrisa Ancelina Coli və aktyor Bred Pit arasındakı münasibətlər düzəlir.

Movqe.az milli.az-a istinadən bildirir ki, ayrıldıqdan sonrakı 6 ay müddətinə bir-birinə qarşı kəskin mövqedə olan tərəflərin son zamanlar danışdığı deyilir.

Yaxınları bildirib ki, cütlük çətin günləri artıq geridə qoyub. Onlar şəxsi həyatları ilə bağlı müzakirələri öz aralarında etməyə qərar veriblər. Colinin də Piti yaxşı ata hesab etdiyini deməsi iddia edilir.