Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq

24 Mart 2017 14:30 (UTC+04:00)

Azərbaycan hökuməti yayın əvvəlində Ukraynadakı Zaporojye hərbi hospitalına əməliyyat və reanimasiya otaqları olan daşınan-təkərlər üzərində fəaliyyət göstərən səyyar hospital bağışlamağı planlaşdırır.

Virtualaz.org bildirir ki, bu haqda Zaporojye Vilayət Administrasiyasının başçısı Konstantin Brıl öz Facebook səhifəsində yazıb.

Başçı qeyri-adi hədiyyə ilə bağlı razılığı Regional İnkişaf Agentliyinin fəal işinin nəticəsi adlandırıb.