ABŞ-ın Xarici İşlər naziri Rex Tillersonun keçən həftə bütün dünyadakı ABŞ diplomatik nümayəndəliklərinə bir məktub göndərdiyi məlum olub. Məktubda Amerikaya viza üçün edilən müraciətlərdə daha sərt təhlükəsizlik araşdırması aparılması təlimatı verildiyi bildirilib. Yeni qaydaya görə, viza müraciəti edən şəxslərin son 15 ildəki səyahət keçmişi, yaşadığı ünvanlar və çalışdığı iş yerləri, son 5 ildəki e-poçt ünvanları və sosial media hesabları soruşulacaq. Ayrıca İran, Suriya, Liviya, Yəmən, Somali və Sudandan ABŞ-a ediləcək viza müraciətlərində “daha əvvəl DEAŞ-ın nəzarət etdiyi hansısa bölgədə olub-olmadıqları” da soruşulacaq.
Təlimata görə, ABŞ-ın Vizasız Proqramı çərçivəsində 38 ölkə istisna olmaqla, dünyadakı viza müraciətlərində bir çox fərdi məlumatlar ətraflı olaraq araşdırılacaq.
Tillersonun konsulluq işçilərinə “Təhlükəsizliklə bağlı narahatlıq duyduğunuz hər hansı bir vəziyyətdə şikayəti rədd etməkdə tərəddüd göstərməyin” təlimatı verdiyi açıqlanır. Sənəddəki müddəaların onsuz da uzun sürən Amerikan viza prosedurunu daha da uzadacağı görünür.