Zəngin ərəblər Kangal cins itini almaq üçün Türkiyəyə çoxsaylı müraciətlər edib.
Movqe.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Türkiyə ərəblərin bu tələbini qəbul etmir. Çünki Kangal cins itləri dünyada nəsli tükənən və qorunan heyvanlardır. Bu itlər qoruma altında olduğu üçün xaricə çıxarılması da qanunla mümkün deyil. Bu cins beynəlxalq marka dəyəri hesab olunur. Buna görə də dünyada böyük bir rəğbətə sahibdir.
Kangal iti qurdun strategiyasını pozacaq qədər güclü, onu məhv edəcək qədər qüvvətli, qurddan daha ağıllı və zəki bir heyvan cinsidir.