112 yaşlı qadına ad günü hədiyyəsi - Yanğınsöndürən maşın (FOTO)

25 Mart 2017 17:00 (UTC+04:00)

Fransanın Monpelye şəhərinin ən yaşlı sakinlərindən olan 112 yaşlı Matilda Lartiqin arzusu həyata keçib.

Movqe.az-ın  məlumatına görə, şəhərin yanğınsöndürən briqadası qadına ad günü hədiyyəsi olaraq öz maşınlarını icarəyə veriblər.

1905-ci ildə anadan olan Matilda Fransanın 7-ci ən yaşlı sakinidir. O, 17 prezident, iki dünya müharibəsi görüb. Sürücülük vəsiqəsi alan ilk qadınlardan olan Matilda yanğınsöndürən maşın sürmək arzusunu isə 112 il sonra reallaşdıra bilib.

Trend