Qəfil geomaqnit qasırğası başlayıb

27 Mart 2017 14:34 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).

Milli.az