DİN-in idarə rəisi ÖLDÜRÜLDÜ - Rusiyada

28 Mart 2017 15:13 (UTC+04:00)

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin təmir-tikinti idarəsinin rəisi Nikolay Volkov güllələnib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Osenniy küçəsində naməlum şəxslər N. Volkova hücum edərək qovluğunu əlindən alıblar və müəyyən edilməyən silahdan onun döş nahiyəsinə atəş açıblar. N. Volkov aldığı güllə yaralarından hadisə yerində ölüb.
 
Hadisə ilə bağlı qətl, quldurluq və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb.